Ərdoğan: Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır - “DÜNYANIN TƏHLÜKƏSİZLİK ARXİTEKTURASI YENİDƏN İŞLƏNMƏLİDİR”

"Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır. Ona görə də Rusiya-Ukrayna müharibəsi ədalətli sona çatmalıdır.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) 6-cı Zirvə Toplantısında deyib.

 

Ərdoğan qeyd edib ki, məqsəd sahədəki çətinliklərə baxmayaraq əldə edilən sürəti qoruyub saxlayaraq, axan qanların ən qısa zamanda dayandırılmasını təmin etməkdir.

 

Prezident sammitdə dünyaya müraciət edərək, Rusiya-Ukrayna müharibəsində ədalətli sülhün təmin edilməli olduğunun vacibliyini vurğulayıb.

 

Türkiyə lideri çıxışında həmçinin bildirib ki, dünyanın təhlükəsizlik sisteminin arxitekturası yenidən işlənməlidir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünü nəzərdə tutan Ərdoğan yenə özünün məşhur ifadəsini səsləndirib: “Dünya 5-dən böyükdür”.

 

"Biz hesab edirik ki, qlobal təhlükəsizliyin arxitekturası daha ədalətli və yeni anlayış əsasında yenidən işlənməlidir", - Ərdoğan vurğulayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.