Volodimir Zelenski müharibənin başa çatmasının şərtini açıqlayıb

“Ukrayna səmasının Rusiyanın raket terrorundan qorunması müharibənin yaxın gələcəkdə bitməsi üçün fundamental addım olacaq”.


“Ukrinform” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında onlayn çıxışı zamanı deyib.


O, beynəlxalq ictimaiyyətdən Ukrayna səmasının qorunması üçün kömək istəyib.


Ukrayna Prezidenti həmçinin IRIS-T hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsinə görə Almaniyaya da təşəkkür edib.


Eyni zamanda Zelenski xatırladıb ki, hazırda dünyada hava hücumundan müdafiə sistemlərinin güclü istehsalçısı olan cəmi beş ölkə var.


Qeyd edək ki, NATO müdafiə nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasında Ukraynaya hava hücumundan müdafiə sistemlərinin daha çox çatdırılması barədə razılıq əldə olunub.


Xatırladaq ki, Rusiya ordusu oktyabrın 10-dan etibarən Ukraynanın paytaxtı Kiyev və digər vilayətləri müntəzəm raket hücumuna məruz qoyur.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.