Almaniya Kansleri Olaf Şolts Avropa İttifaqında (Aİ) islahatlara və genişlənməyə çağırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o bu barədə Berlində Avropa Sosialistlər Partiyası Konqresinin 300-ə yaxın nümayəndəsi qarşısında çıxış edərkən danışıb.
Şolts Aİ-də yeni üzvlərin qəbulu üçün islahatlara ehtiyac olduğunu qeyd edib.
"500 milyondan çox azad və bərabərhüquqlu vətəndaşın yaşadığı 27, 30, 36 dövlətdən ibarət vahid Avropa İttifaqı bu dünyada öz çəkisini daha da artıra bilər", - Şolts bildirib.
O, koordinasiyalı şəkildə silah və texnikanın alınmasının, eləcə də 2025-ci ilə qədər Aİ-nin silahlı qüvvələrinin yaradılmasının vacibliyini vurğulayıb.