Aİ bu gün Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək missiyanı təsdiqləyəcək

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin xarici işlər nazirləri oktyabrın 17-də Lüksemburqda görüş keçirəcəklər.

 

TASS xəbər verir ki, nazirlərin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməklə bağlı qərarı təsdiqləyəcəkləri  gözlənilir.

 

Hələlik missiyanın təfərrüatları məlum deyil.

 

“Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək. İlk müşahidəçilər iki ölkənin sərhədinə Aİ-nin Gürcüstandakı missiyasından göndəriləcək. Məsələnin vacibliyinə görə, Gürcüstandakı nümayəndəliyimizdən işçiləri götürürük”, - Aİ rəsmisi bildirib.

 

Qeyd edək ki, oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.