Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, son sutka ərzində vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 822 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 247 nəfər müalicə olunaraq sağalıb, 9 932 nəfər vəfat edib, aktiv xəstə sayı 438 nəfərdir.
Ölkədə son sutka ərzində 1 458, hazırkı dövrədək isə 7 290 601 test aparılıb.