Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Hindistana səfərə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb.
Nazirlikdən səfərin məqsədi açıqlanmayıb.
Xatırladaq ki, sentyabrın sonunda Hindistanın “The Economic Times” qəzeti Ermənistanın Hindistanla təxminən 270 milyon ABŞ dolları dəyərində silah alınmasına dair müqavilə imzaladığını yazmışdı.
Senzor.az