Ermənistan Hindistanın müdafiə şirkəti “Solar Group”a “Pinaka” raketləri sifariş edib.
Bu barədə şirkətin rəhbəri Satyanarayan Nuval “Asia News International”a müsahibəsində deyib.
Şirkət direktorunun sözlərinə görə, raket sisteminin istismar müddəti və uçuş məsafəsi artıb, qiymət isə təxminən eynidir.
Nuval bildirib ki, Ermənistanla müqavilə iki il müddətinə imzalanacaq.
Qeyd edək ki, Hindistan bundan əvvəl Ermənistana silahların yerini müəyyən edən “Svathi” radarı satıb.