İsrail Ukraynanı silahla təmin etməyib.
Senzor.az bildirir ki, bunu yəhudi dövlətinin müdafiə naziri Beni Qans "Kol Çhai" radiostansiyasının efirində deyib.
"Mən aydınlaşdırmaq istəyirəm ki, biz Ukraynaya silah satmamışıq. Biz onlara tibbi və humanitar yardım göstərmişik. Aydın olmalıdır: biz Ukraynaya silah satmamışıq", - deyə o vurğulayıb.
Müdafiə Nazirliyinin rəhbəri bunu İsrailin diasporla iş üzrə naziri Naxman Şayın daha əvvəl bu cür tədarüklərə başlanmasının tərəfdarı olduğunu bildirən sözlərini şərh edərkən deyib.
"Naxman Şay bizim Ukraynaya silah satdığımızı və ya satacağımızı iddia edirsə, yanılır. Mən müdafiə naziriyəm və İsraildən silah ixracına cavabdehəm", - deyə Qans təkrar vurğulayıb.