Azərbaycanın qadın boksçuları Avropa çempionatında 2 medal qazandılar
FOTO

Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

 

Senzor.az Boks Federasiyasına istinadən bildirir ki, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.

 

Azərbaycan komandasının heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından gümüş medalla kifayətlənib.

 

Ondan öncə isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.

 

Qeyd edək ki, komanda Bakıya bu gün axşam saatlarında qayıdacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.