"Putin və Zelenski ilə bu ay 5 dəfə danışmışam" – ƏRDOĞAN BAYDENLƏ DƏ TELEFON DİPLOMATİYASINI DAVAM ETDİRİR

"Putinlə sonuncu söhbətimizdə biz Rusiyadan kasıb ölkələrə taxıl və gübrə çatdırılması imkanlarını müzakirə etdik. Ümid edirəm ki, bu problemi həll edə bilərik”

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Diyarbəkir şəhərində gənclərlə söhbət edərkən deyib.

 

Ərdoğan taxıl müqaviləsinin davamı olaraq Rusiyadan əsasən yoxsul ölkələrə kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünə başlanacağına ümid etdiyini bildirib.

 

"Biz yoxsul ölkələri, o cümlədən Afrikanı təkcə taxılla təmin etmək üçün addımlar atmamışıq, söhbət gübrələrdən də gedir. Ciddi şəkildə quraqlıq yaşayan bu ölkələrə gübrə problemlərinin həllində kömək etmək lazımdır", - o bildirib.

 

Türkiyə lideri əlavə edib ki, son bir ayda Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə 5 dəfə danışıb. Bundan əlavə, onun sözlərinə görə, ABŞ Prezidenti Co Baydenlə Ukrayna böhranını həll etmək üçün telefon diplomatiyasını davam etdirir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.