Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada görüşə və Prezident Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilərlər.
Senzor.az bildirir ki, bu barədə “Vedomosti” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar oktyabrın son günlərində keçirilə bilər. Görüş yeri kimi Moskva və Soçi şəhərlərinin adı çəkilir.
“Çox güman ki, danışıqlar Soçidə keçiriləcək”, - deyə nəşr yazıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Soçidə Valday Diskussiya Klubunun plenar iclasında iştirak edəcək.