Azərbaycanda ƏDV üzrə proqnoz 5 % artırılır

Azərbaycan hökuməti gələn il əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların 6 milyard 10,3 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

 

Senzor.az bildirir ki, "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində  belə nəzərdə tutulur.

 

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,1 % çoxdur.

 

Gələn il ƏDV-nin 2 milyard 814,3 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3 milyard 196 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 6,9 % və 3,6 % çoxdur.

 

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar  2022-ci ilin təsdiq olunmuş proqnozlara nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.