Martın 18-də Suriyanın şimalında yerləşən Azaz şəhərində “Həyat Təhrir əl-Şam” silahlıları Türkiyə kəşfiyyatının (MİT) rəhbəri İbrahim Kalının və Suriya Milli Ordusu (SNA) liderlərinin kortejinin ərazini tərk etməsinə mane olmağa çalışıblar.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin “Duvar” xəbər saytı məlumat yayıb.
Qeyd olunur ki, Kalın Suriya müxalifətinin nümayəndələri ilə görüşdən qayıdırmış. Silahlılar kortejin hərəkətinə yalnız Suriya ordusunun əlavə qüvvələrinin məsələyə müdaxiləsindən sonra icazə veriblər.
Senzor.az