
İranın Sənəndəc şəhərində yanacaq tankeri partlayıb, ölənlər var.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində on nəfər həlak olub.
Qeyd olunub ki, tankerin partlamasına səbəb Sənəndəc - Həmədan yolunda yol-nəqliyyat hadisəsinin baş verməsidir.
Xilasetmə, yardım işləri aparılır, hadisə yerinin təmizlənməsi əməliyyatları davam edir.