
Türkiyənin İstanbul şəhərinin Bakırköy rayonunda hoteldə yanğın olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, altımərtəbəli hotelin birinci mərtəbəsində başlayan yanğın binanın fasadını əhatə edib.
Yuxarı mərtəbələrdə köməksiz vəziyyətdə qalan 7 nəfər təxliyə edilib, xəsarət alan 12 nəfər xəstəxanaya çatdırılıb.