Yağış yağacaq, leysan olacaq...
SABAHIN HAVASI

Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Havanın temperaturu gecə 20-23°, gündüz 28-32°, axşam 26° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-23°, gündüz 30-34°, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.