Binəqədi şosesində hərəkətin təşkilində dəyişiklik edilir
VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın Binəqədi rayonu ərazisində təhlillər aparılıb.

 

Senzor.az quruma istinadən bildirir ki, təhlillərə əsasən, hazırda Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığı və buraxıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.

 

Mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilir. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılaraq qəbul olunub.

 

Həyata keçirilən layihə çərçivəsində yol nişanları və nişanlanma xətləri vasitəsilə hərəkətin kanallaşdırılması aparılacaq. Kəsişmələrdə hərəkət zolaqlarının artırılması, eləcə də Əttarlar küçəsindən yalnız sağa hərəkətin təşkili nəzərdə tutulur. Bu, yolun buraxıcılıq qabiliyyətinin artırılmasına və münaqişəli nöqtələrinin minumuma endirilməsinə xidmət edir.

 

Eyni zamanda, işıqfor rejiminin optimallaşdırılması ilə əsas hərəkət istiqaməti üzrə yaşıl faza uzadılacaq. Bu da nəqliyyat axınının daha səmərəli və fasiləsiz hərəkətini təmin edəcək.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.