
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb.
Senzor.az bildirir ki, N. Ağayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Səmimi və doğma atmosferdə keçən görüş 2016-cı ildən Sevda Yunusovanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərən "Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub", - səfir yazıb.
O qeyd edib ki, Cəmiyyətin Azərbaycan mədəniyyətinin və milli dəyərlərin təbliği, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.