Almaniya Kansleri etiraf etməli oldu: HÖKUMƏT LAZIM OLAN İCTİMAİ DƏSTƏYİ ALA BİLMİR
VİDEO

Almaniya Kansleri Fridrix Merts partiyasının ictimai rəy sorğularındakı nəticələrindən razı olmadığını və hökumətin ölkəni uzunmüddətli şəkildə effektiv idarə etmək üçün zəruri dəstəyi əldə edə bilmədiyini etiraf edib.

 

Bu barədə “Bild” qəzeti məlumat yayıb.

 

“Əlbəttə, sorğuların nəticələrindən razı deyilik. Əlbəttə, bu genişmiqyaslı tənqid şəxsən mənə də təsir edir”, – Merts Hannover yaxınlığındakı Langenhagen şəhərində Xristian Demokrat İttifaqının (XDİ) seçki tədbirində çıxışı zamanı bildirib.

 

Kansler xatırladıb ki, Almaniyanın əvvəlki hökuməti daxilən parçalanmış vəziyyətdə olub və o qədər sürətlə siyasi dəstəyini itirib ki, hakimiyyət dəyişikliyinə ehtiyac yaranıb.

 

“Bu gün biz də ölkəni uzun müddət ərzində effektiv şəkildə idarə etmək üçün ehtiyac duyduğumuz dəstəyi ala bilmirik”, – Merts etiraf edib.

 

Mertsin populyarlığı bir müddətdir ki, rekord səviyyədə aşağı düşüb və hakim CDU/CSU bloku siyasi partiyaların reytinqində Almaniya üçün Alternativ (AfD) Partiyasından geri qalır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.