Özbəkistan Prezidenti Serbiyaya gedəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Serbiya Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə sentyabrın 7-8-də Belqrada rəsmi səfər edəcək.

 

Senzor.az Özbəkistan mediasına istinadən bildirir ki, səfər çərçivəsində yüksək səviyyəli danışıqlar və iki ölkənin rəsmi şəxsləri və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə biznes forumu keçiriləcək.

 

Danışıqların gündəliyinə Özbəkistan və Serbiya arasında çoxşaxəli tərəfdaşlığın daha da gücləndirilməsi məsələləri də daxildir.

 

Ticari-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, nəqliyyat, maşınqayırma, yüngül və qida sənayesi, kənd təsərrüfatı, informasiya texnologiyaları kimi prioritet istiqamətlərdə birgə layihələrin icrasına xüsusi diqqət yetiriləcək. Həmçinin müntəzəm əmək miqrasiyası sahəsində əməkdaşlığın qurulması, regionlararası və mədəni-humanitar əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə olunacaq.

 

Yekunda hökumətlərarası və qurumlararası sazişlərin imzalanacağı  gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.