Putinin Trampın xüsusi nümayəndələri ilə görüşü 3 saatdan çox çəkib – NƏLƏR MÜZAKİRƏ OLUNUB?
VİDEO

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü olub.

 

Senzor.az Rusiya mediasına istinadən bildirir ki, görüş 3 saatdan çox davam edib.

 

Kremldə keçirilən görüşdə Rusiya tərəfdən Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak ediblər.

 

Görüş başa çatdıqdan sonra Uitkoff və Kuşnerin kortejləri Kremldən ayrılıb.

 

Qeyd olunub ki, bu, Putinin Uitkoffla səkkizinci görüşüdür. Kuşner isə Ukrayna nizamlanması ilə bağlı müzakirələrdə üçüncü dəfə iştirak edib.

 

Moskvadakı görüşdən sonra Uitkoff və Kuşnerin danışıqları davam etdirmək üçün Kiyevə gedəcəkləri bildirilir.

 

Y. Uşakov KİV-ə verdiyi açıqlamada danışıqların məzmunlu və son dərəcə səmimi keçdiyini bildirib: "Söhbət üç saatdan çox, daha dəqiq desək, üç saat 10 dəqiqə çəkib. Son dərəcə ciddi məsələlər üzrə müzakirə həm masa arxasında, həm də qeyri-rəsmi şəraitdə şam yeməyi zamanı davam edib. Müzakirələr yalnız Ukrayna ilə məhdudlaşmadı. Potensial Rusiya-Amerika layihələri barədə də danışıqlar aparıldı".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.