Tokayev Qazaxıstan vitse-prezidentinin səlahiyyətlərini təsdiq etdi - VİDEO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub.

 

Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsində strateji təşəbbüsləri hazırlayacaq və dövlət başçısına təqdim edəcək.

 

Prezidentin tapşırığı ilə vitse-prezident Qurultay, hökumət, dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə onu təmsil edə biləcək.

 

Vitse-prezident həmçinin beynəlxalq tədbirlərdə iştirak edəcək, Dünya və Ənənəvi Din Liderləri Qurultayının Katibliyinə rəhbərlik edəcək və Prezident yanında Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun fəaliyyətinə nəzarət edəcək. Bundan əlavə, o, sərəncamlar vermək, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar vermək, lazımi sənədləri tələb etmək və qurumlararası işçi qrupları yaratmaq hüququ əldə edib.

 

Vitse-prezidentin fəaliyyətinin təmin edilməsi Qazaxıstan Prezidentinin Administrasiyasına həvalə olunub.

 

Xatırladaq ki, Qazaxıstanda 2026-cı il iyulun 1-də yeni Konstitusiya qüvvəyə minib. O, Qazaxıstanın vitse-prezidenti vəzifəsinin təsis olunmasını nəzərdə tutur. Avqustun sonunda Yerlan Karin Qazaxıstanın vitse-prezidenti təyin edilib.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.