İran ABŞ bazalarını süni intellektli PUA-larla vurub – DETALLAR
VİDEO

İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına endirdiyi cavab zərbələri zamanı süni intellekt texnologiyası ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarından (PUA) və ballistik raketlərdən istifadə edib.

 

TASS bildirir ki, bu barədə İslam Respublikası ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib. 

 

"Düşmənə qarşı son əməliyyatlar zamanı süni intellektlə təchiz olunmuş "Arash-2" PUA-larından və "Fath" "yer-yer" tipli raketlərindən istifadə etdik", - deyə dövlət televiziyasının efirində o vurğulayıb.

 

İran ordusunun nümayəndəsinin sözlərinə görə, İran Silahlı Qüvvələri cavab zərbələrini kombinə edilmiş və asimmetrik şəkildə həyata keçirir ki, bu da hədəfləri asanlıqla vurmağa imkan verir. Əkrəminiya qeyd edib ki, Tehran təhlükə yarandığı təqdirdə qabaqlayıcı əməliyyatların keçirilməsi ehtimalını istisna etmir.

 

Xatırladaq ki sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini xəbər verib. İran cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla ABŞ-ın bölgədəki hərbi bazalarına zərbələr endirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.