Putinin müşaviri: Rusiya bütün “tarixi bölgələr”ini geri alacaq

Prezident Vladimir Putinin müşaviri Anton Kobyakov “tarixi bölgələr”in Rusiyaya qaytarılmasının (işğalının - red.) davam edəcəyinə ümid edir.

 

“Teleqraf” xəbər verir ki, bu barədə o, Rusiya-Ukrayna müharibəsi ilə bağlı yerli KİV-ə danışarkən deyib.

 

Putinin müşaviri iddia edib ki, hazırda Rusiyanın tərkibində 89 federal subyekti var, bura “ana vətənin qoynuna qayıdan ərazilər” (Ukraynanın işğal olunmuş bölgələri - red.) də daxildir.

 

Kobyakov əlavə edib: “Ümid edirəm, bu qayıdış yalnız məlum regionlarla məhdudlaşmayacaq”.

 

Xatırladaq ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını, 2022-ci ildə isə Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini ilhaq edib. Bu bölgələrdən ancaq Krım və Luqansk tam işğal edilib. Zaman-zaman mediada və Rusiyanın müxtəlif şəxslərinin dilindən Kremlin Ukraynanın Nikolayev, Xarkov, Sumı, Odessa və Dnepropetrovsk vilayətlərinə də iddialı olduğu barədə fikirlər səsləndirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.