Türkiyənin Konstitusiya Məhkəməsinə yeni sədr seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Konstitusiya Məhkəməsinə Kadir Özkaya rəhbərlik edəcək.
Qeyd edək ki, Türkiyə Konstitusiya Məhkəməsinin hazırki sədri Zühtü Arslanın vəzifə səlahiyyətlərinin müddəti bu il aprelin 20-də bitir.
Kadir Özkaya 1963-cü ildə Tarsusda anadan olub. 1985-ci ildə Qazi Universitetinin İqtisadiyyat və Dövlət İdarəçiliyi fakültəsini bitirən Özkaya 1991-ci ildə inzibati ədliyyə hakimi stajını başa vurub və 1993-cü ildə Danıştayda imtahan hakimi kimi fəaliyyətə başlayıb.
2011-ci ildə Danıştay üzvü seçilən Özkaya 2014-cü ildə Konstitusiya Məhkəməsinin üzvü, 12 mart 2020-ci ildə isə Konstitusiya Məhkəməsi sədrinin müavini seçilib.