Rusiya “FAB-1500” bombalarının istehsalını iki dəfə artırıb və “FAB-3000”in kütləvi istehsalına başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Nijni-Novqorod vilayətindəki müəssisədə aviasiya bombalarının, eləcə də müxtəlif çaplı artilleriya və tank mərmilərinin istehsalına baxış keçirib.
Məlumat verilib ki, müəssisə “FAB-500” və “FAB-1500” aviabombalarının istehsalını artırıb, cari ilin fevral ayından isə “FAB-3000”in kütləvi istehsalı təşkil edilib.
FAB-lar güclü və çoxyönlü dağıdıcı təsirə malik aviabombalardır. “FAB-3000” 3000 kiloqramlıq idarə olunmayan bombalardır və əsasən bunkerlər kimi möhkəm obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Onun partlayıcı kütləsi 1400 kiloqram və dağıdıcı radiusu 46 metrdir.