“Crocus City Hall”da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 152-yə çatıb.
Senzor.az bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi Moskva vilayəti üzrə qərargahının yenilənmiş məlumatında belə deyilir.
Yeni məlumata əsasən, terror aktı nəticəsində 133 nəfər həlak olub. Həlak olanlardan 3-ü uşaqdır. Tibb müəssisələrində 114 nəfər, o cümlədən 4 uşaq müalicə alır.