Yunanıstan Kommunist Partiyası və onun gənclər təşkilatının üzvləri Aleksandrupolis limanından Bolqarıstana Amerika istehsalı olan tankları daşıyan yük qatarının qarşısını kəsiblər.
Bu barədə Yunanıstanın “pentapostagma.gr” informasiya portalı məlumat yayıb.
Bundan əlavə, etirazçılar zirehli maşınların üzərinə qırmızı yazılar yazıb, ABŞ-a qayıtmaq çağırışı ediblər.
Solçular bayraqlarla qatarın qarşısında dayanıb, qatarı dayandırmağa, sonra isə geriyə getməyə məcbur ediblər.
Etirazçılar “Aleksandrupolis imperialistlərin qalası deyil, millətlərin limanıdır” şüarını səsləndiriblər.