Ermənistanda “Döyüş Qardaşlığı” adlı silahlı qrupun üzvləri yaxalanıblar.
Senzor.az erməni KİV-ə istinadən bildirir ki, dəstə üzvləri Qazaxın işğal altındakı Yuxarı Əskipara kəndinə döyüş hazırlığı keçməyə yollanmağı planlaşdırıblar.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan “Sputnik Armeniya”ya dəstənin 49 üzvünün saxlanıldığını və silah-sursatlarının müsadirə edildiyini bildirib.
Ermənistan DİN onları qanunsuz silah-sursat daşımaqda ittiham edib. Əslində isə sözügedən silahlı dəstə Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana təhvil verilməsinə qarşı çıxaraq müqavimət hərəkatı yaratmağa cəhd edib.
Yeri gəlmişkən, Ermənistanın tədbirlərində iştirakdan imtina etdiyi KTMT-nin illik təlimləri də “Döyüş Qardaşlığı” adlanırdı.