Türkiyədə İŞİD terror təşkilatı üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, Türkiyənin səkkiz vilayətində eyni zamanda aparılan əməliyyatlar nəticəsində təşkilata üzv olması şübhəsi ilə 40 nəfər saxlanılıb.
Nazir bildirib ki, ötən il iyunun 1-dən indiyədək bu istiqamətdə 1316 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı İŞİD-ə üzv olması şübhəsi ilə 2 733 nəfər saxlanılıb. Onlardan 692-i həbs edilib, 529 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.