“Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 139-a, xəsarət alanların sayı isə 182 nəfərə çatıb.
Senzor.az bildirir ki, bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyib.
O qeyd edib ki, ölənlərdən 40 nəfər güllə yaralarından, 45 nəfər isə yanğın nəticəsində həlak olub.
Ölənlərdən 75 nəfərin şəxsiyyəti müəyyən edilib.