Sankt-Peterburqun hüquq-mühafizə orqanları Rusiyada qalmaq hüququ olmayan əcnəbi vətəndaşların müəyyən edilərək deportasiyası üçün genişmiqyaslı “Antimiqrant” əməliyyatı keçirirlər.
Senzor.az bildirir ki, bu barədə “Birinci şöbə” insan haqları layihəsi məlumat yayıb.
“Xarici vətəndaşların müvəqqəti saxlanma məntəqələrinə yaxınlaşmaq olmur. Hava limanına getmək üçün ətrafda çoxlu xüsusi texnika və avtobuslar var. Yataqxana və mənzillərdə də reydlər keçirilir. Xüsusi təcridxanaların hamısı insanlarla doludur”, - deyə bəzi xarici vətəndaşların maraqlarını təmsil edən, amma adı açıqlanmayan vəkil quruma bildirib.
Onun sözlərinə görə, miqrantlar "Pulkovo"hava limanından təyyarə ilə kütləvi şəkildə ölkədən çıxarılır. "Dünən Sankt-Peterburqun yalnız bir Vıborq rayonundan 64-dən çox xarici vətəndaş deportasiya edildi. Miqrantlarla dolu iki təyyarə havaya qalxdı”, - deyə "Birinci şöbə" nin həmsöhbəti vurğulayıb.
“Cümə günü günortadan sonra barələrində deportasiya qərarı çıxarılan miqrantlarla dolu daha bir neçə avtobus hava limanına yollanıb”, - deyə həmin vəkil bildirib.
Senzor.az