Bakı metropoliteninin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə xəbərlər yayılıb.
Senzor.az bildirir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, turist kimi Azərbaycanda olan Avstraliya, Yeni Zelandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar: “Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla dəyən ziyanın miqdarı 4 850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaqlar”.