Rusiya hakimiyyəti birbaşa Prezidentə tabe olacağı gözlənilən etniklərarası və miqrasiya siyasətinə cavabdeh olan departamentin yaradılmasını müzakirə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, söhbət əslində Milli İşlər üzrə Federal Agentliyin və Daxili İşlər Nazirliyi Miqrasiya Məsələləri Baş İdarəsinin səlahiyyətlərini birləşdirəcək nazirlikdən gedir.
Yeni departament dövlət başçısı yanında geniş səlahiyyətlərə malik agentlik statusuna malik ola bilər. Ölkənin daxili siyasət çərçivəsində bütün millətlərarası və miqrasiya məsələlərini faktiki məhz bu qurumun tənzimləyəcəyi gözlənilir.