Əfv Məsələləri Komissiyasının iclası keçirilib - 100-DƏN ÇOX MÜRACİƏTƏ BAXILIB
YENİLƏNİB


Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.


Senzor.az xəbər verir ki, toplantıda komissiyaya daxil olan 100-dən artıq müraciətə baxılıb.


Məlumata görə, bu il komissiyada 700-dən çox müraciətə baxılacaq. Burada qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol- nəqliyyat hadisələri, ömürlüklərlə və s. bağlı müraciətlərə baxılacaq.


Komissiyanın iclasında gərgin və məhsuldar müzakirələr aparılıb.

**15:13

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.


Senzor.az-ın xəbərinə görə, iclasda komissiyaya daxil olan müraciətlərə baxılır.


Qeyd edək ki, indiyədək 69 əfv Sərəncamı və 12 Amnistiya aktı imzalanıb.


Prezident İlham Əliyev sonuncu dəfə ötən il mayın 8-də "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam imzalayıb.


Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

**09:42

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

 

Senzor.az bildirir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

 

Qeyd edək ki, komissiyanın iclasları 28 May - Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.