COP29-da Xəzər dənizi ilə bağlı təşəbbüs də yer alacaq - UMAYRA TAĞIYEVA
YENİLƏNİB, foto

Məlum olduğu kimi, bu il Azərbaycan COP29 mötəbər beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Danışıqlar prosesi ilə paralel İqlim Fəaliyyəti gündəliyi çərçivəsində Xəzər dənizi ilə bağlı təşəbbüs də yer alacaq.


Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüş zamanı deyib.


Nazir müavini Xəzər dənizi ilə bağlı təşəbbüsün dənizin probleminin yalnız milli və regional səviyyədə deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişmələrinə uyğunlaşma proqramları çərçivəsində həlli üçün zəmin yarada biləcəyini də diqqətə çatdırıb.

**11:00

“Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”.


Bunu Baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin Bakıda keçirilən “Xəzər dənizinin akvatoriyasında ekoloji hüquqpozmalar: Dəniz mühitinin qorunması üçün prokurorluq orqanlarının strategiyaları” mövzusunda beştərəfli görüşü zamanı deyib.


Onun sözlərinə görə, ətraf mühit və ekoloji sahədə aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, cari ilin noyabr ayının 11-dən 24-dək ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycan ev sahibliyi edəcək:


“Qürurverici haldır ki, bu mötəbər tədbir çərçivəsində ölkəmizin Baş Prokurorluğu tərəfindən iqlim fəaliyyətində hüquq mühafizə orqanlarının səfərbər edilməsinə həsr olunmuş sessiyanın təşkili planlaşdırılır.


Azərbaycan Respublikasının Baş Prokurorluğu Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində Xəzəryanı dövlətlərin əməkdaşlığını dəstəkləyir”.

**10:31

Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilir.


Yerli KİV xəbər verir ki, tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının yüksək rütbəli şəxsləri və digərləri iştirak edirlər.


K.Əliyev bildirib ki, Azərbaycan Rusiyada “Crocus City Hall”da törədilmiş terror aktını qətiyyətlə pisləyir və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayır.


Azərbaycanın Baş prokuroru ekoloji məsələlərə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ilin noyabrında ölkədə keçirilməsinə də toxunub.


“Azərbaycan xüsusilə əraziləri işğaldan azad edildikdən sonra ekologiya və ətraf mühitin mühafizəsi tədbirlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atır. Ekoloji qanunvericiliyin pozulması ilə mübarizə üçün səylər göstəririk və bunun üçün hüquqi mexanizmlərdən istifadə edirik. Ona görə də bu ilin noyabrında COP29-nun Azərbaycanda keçirilməsi təsadüfi deyil”, - K.Əliyev qeyd edib.


Onun sözlərinə görə, Xəzər dənizinin ekologiyası və onun sərvətlərindən səmərəli istifadə kimi məsələlər hər zaman Azərbaycanın siyasi rəhbərliyinin diqqət mərkəzindədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.