Belçikanın paytaxtı Brüsseldə Ermənistan və Avropa İttifaqı (Aİ) arasında “Eurojust” sazişinin imzalanma mərasimi keçirilib.
Erməni KİV-in məlumatına görə, sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Belçikanın ədliyyə və Şimal dənizi naziri Pol Van Tiqçelt və Avropa İttifaqının ədliyyə üzrə komissarı Didye Reynders imzalayıblar.
Qeyd edək ki, bu gün Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş baş tutub.