Rusiya hökuməti bir aya istefa verəcək

Rusiyanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi günü hökumət istefa verəcək və yeni Nazirlər Kabinetinin formalaşdırılması prosesi başlayacaq.

 

Hökumət ilk dəfə olaraq 2020-ci il iyulun 1-də ümumrusiya səsverməsi zamanı təsdiq edilmiş Rusiyanın Konstitusiyasına düzəlişlə müəyyən edilmiş yeni qaydalara əsasən tam formalaşdırılacaq.

 

Vladimir Putin martın 15-17-də keçirilən seçkilər zamanı rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib, seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.

 

Qanuna görə, dövlət başçısının andiçmə mərasimi mayın 7-də baş tutmalıdır və andiçmə günü Nazirlər Kabineti Rusiyanın yeni seçilmiş prezidenti qarşısında səlahiyyətlərinin icrasını dayandırır. Beləliklə, hökumətin mayın 7-də istefa verəcəyi gözlənilir.

 

Konstitusiyaya və “Rusiya Federasiyası Hökuməti haqqında” federal konstitusiya qanununa uyğun olaraq, hökumətin sədri,  namizədliyi Dövlət Duması tərəfindən təsdiq edildikdən sonra prezident tərəfindən təyin edilir.

 

Rusiya dövlət başçısı bunu andiçmə mərasimindən sonra iki həftə ərzində etməlidir. Dövlət Dumasının da Prezidentin təklif etdiyi namizədi rədd etmək hüququ var. Bu halda Prezident bir həftə müddətində yeni və ya rədd edilmiş namizədlə bağlı yenidən namizədin müzakirəsi üçün deputatlara təklif verir.

 

Əgər Prezidentin təklif etdiyi namizədlər Dövlət Duması tərəfindən üç dəfə rədd edilərsə, qanuna görə, Prezident müstəqil olaraq Rusiya Federasiyası hökumətinin sədrini təyin edir. Bu halda, namizədliyin Dövlət Duması tərəfindən təsdiqlənməsi tələb olunmur. Bundan əlavə, Rusiya Federasiyasının Konstitusiyasına görə, bu halda dövlət başçısının Dövlət Dumasını buraxmaq və yeni seçkilər təyin etmək hüququ var.

 

Prezident həmçinin Baş nazirin müavinlərini və federal nazirləri Dövlət Duması tərəfindən təsdiqləndikdən sonra təyin edir.

 

İstisna, dövlət başçısının Federasiya Şurası ilə məsləhətləşmələrdən sonra təyin edəcəyi daxili işlər, fövqəladə hallar, müdafiə, xarici işlər və ədliyyə nazirliklərinin rəhbərləridir.

 

“Report” onu da xatırladır ki, mövcud normalara görə, Prezident belə federal nazirlərin namizədliyi ilə bağlı Federasiya Şurasına təqdimat verir, senatorlar isə həmin gündən bir həftə ərzində namizədlərə baxılmasının nəticələri barədə dövlət başçısına yazılı məlumat verirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.