Aİ nümayəndə heyətinin Cənubi Qafqaza səfəri başlayıb – İRƏVANDA PAŞİNYANLA GÖRÜŞ

Ermənistanın baş naziri Nikol Paşinyan Delfin Pronkun rəhbərlik etdiyi Avropa İttifaqı (Aİ)  Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə regiondakı vəziyyəti müzakirə edib. 

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Avropa rəsmiləri İrəvana regional səfər çərçivəsində gəliblər. 

 

Görüş zamanı hökumət başçısı bəyan edib ki, İrəvan Bakı ilə danışıqlar prosesinin bir hissəsi kimi əvvəllər əldə edilmiş razılaşmalara sadiqdir. Xüsusilə, söhbət Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasından gedir.

 

Regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi kontekstində Paşinyan bugünkü görüşdə, rəhbəri Markus Ritterin də iştirak etdiyi Avropa İttifaqının monitorinq missiyasının mühüm rolunu qeyd edib.

 

Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərədək (əvvəlki 138 əvəzinə) genişləndiriləcəyini elan etdi. Ermənistan hökuməti isə son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, bunu praktiki olaraq diplomatik statusa bərabərləşdirdi...

 

Aİ nümayəndə heyətinin Tbilisi və Bakıya da səfər edəcəkləri gözlənilir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.