Bu ilin sonunda Bakıda dini rəhbərlərin görüşü keçiriləcək.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin mövqeyini dəyişərsə və Qarabağın Azərbaycan torpağı olduğunu qəbul edərsə, onu dini liderlərin həmin görüşünə dəvət edə bilərlər: "O, elə üz qoymayıb ki, onu Bakıya dəvət edim. Vaxtilə onu Azərbaycana dəvət etmişəm, o da bura gələrək dini konfransda iştirak edib. Bu gün erməni katolikosu başda olmaqla, erməni kilsəsi bütün dünyada revanşizmi təbliğ edir.
Bu gün heç cür razılaşmır ki, Azərbaycan öz torpaqlarını azad edib. Onlar hələ də razılaşmır ki, Qarabağ Azərbaycan torpaqlarıdır. Biz ona təklif etdik ki, bunu qəbul eləsin, biz onu qəbul edək. Həyat davam edir, bir gün gələcək, o bunu başa düşəcək".