Rusiyaya işləməyə gedən azərbaycanlıların nəzərinə:
BARMAQ İZİ OLMASA, TELEFON İŞLƏDƏ BİLMƏYƏCƏKLƏR

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər.

  

“Vedomosti”nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb.

  

Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiya operatorlarından SİM-kartları yalnız Dövlət Xidmətləri portalında biometrikadan istifadə etməklə qeydiyyatdan keçdikdə və rabitə mağazalarında şəxsi səfər zamanı əldə edə biləcəklər.

  

Sənəd Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, “Roskomnadzor”, Xarici İşlər Nazirliyi, Federal Antiinhisar Xidməti və İqtisadi İnkişaf Nazirliyinə göndərilib.

 

Qurumlar aprelin 15-dək bununla bağlı razılığa gəlməlidirlər.

 

Sənədin mətnində qeyd edilir ki, miqrant biometrik məlumatları təqdim etməkdən imtina edəcəyi təqdirdə Rusiya ərazisində mobil rabitədən istifadə imkanından məhrum olacaq.

 

Tələblər diplomatik işçilərə, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinə və qaçqınlara şamil edilməyəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.