“Rusiya bütün NATO ölkələrindən üç dəfə çox sursat istehsal edir”.
Bu qiymətləndirmə NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin baş komandanı, ABŞ generalı Kristofer Kavoliyə məxsusdur.
“Rusiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatı ölkələri üzərində üçə bir üstünlüyü var”, - Kavoli bildirib.
General həmçinin qeyd edib ki, Vaşinqton Ukraynaya daha çox ATACMS taktiki ballistik raket variantları təqdim etməlidir.