Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin durumu yaxşılaşıb.
Senzor.az bildirir ki, bu barədə KİV-ə onun yaxınları məlumat veriblər.
Qeyd olunub ki, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.
**23:42 (12.04.2024)
Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır.
Lent.az xəbər verir ki, yazıçı Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib.
Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb.
Bu gün onun halı yenidən pisləşib.