Azərbaycanlı biznesmenlər Zarax İliyev və Qod Nisanova məxsus "Kiyev Meydanı" qrupu Moskvada Lubyankada yerləşən “Mərkəzi Uşaq Dünyası”nı alıb.
Musavat.com xəbər verir ki, “Mərkəzi Uşaq Dünyası” 1953-cü ildə memar Aleksey Duşkinin layihəsinə əsasən tikilib. Ticarət kompleksi “Hals” şirkətlər qrupuna aid idi.
“Kiyev Meydanı” Qrupu, “Forbes” jurnalına görə, Rusiyada ən böyük kirayəçidir: 2023-cü ilin sonunda şirkətin obyektlərindən icarə gəliri 1,76 milyard dollar təşkil edib. “Kiyev Meydanı”nın ən böyük obyektləri “Foodcity” və “Evropeisky”dir.
Qrupun ümumi pərakəndə satış sahəsi 2,2 milyon kvadratmetrdən çoxdur.