İran Hörmüz boğazında israilli milyarderə məxsus gəmini ələ keçirdi - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən və israilli milyarder Eyal Oferin sahibi olduğu “Zodiac Group” şirkətinə məxsus “MSC Aries” yük gəmisini ələ keçirib.

  

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, “MSC Aries” sonuncu dəfə ötən gün Dubay sahillərində Hörmüz boğazına doğru hərəkət edərkən görüntülənib və gəmi naviqasiya sistemləri üçün izləmə məlumatlarını bağlayıb.

 

Adının çəkilməsini istəməyən İran Müdafiə Nazirliyinin rəsmisi gəmiyə hücumun videogörüntülərini paylaşıb. Videoda SEPAH üzvlərinin gəminin göyərtəsindəki konteynerin üzərinə kəndirlə endikləri kadrlar yer alıb.


Qeyd edək ki, daha əvvəl SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı İsrailin BƏƏ-də mövcudluğunun Tehran tərəfindən təhdid kimi qiymətləndirildiyini bildirmişdi.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.