Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvana səfər edib.
Senzor.az bildirir ki, Qazaxıstan prezidentini Zvartnots hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.
Qeyd edək ki, aprelin 13-də Qazaxıstan Prezidentinin mətbuat xidməti Tokayevin Ermənistana səfər edəcəyi barədə məlumat yaymışdı.
Bir günlük səfəri çərçivəsində Tokayevin Ermənistanın baş naziri Nikol Paşinyan və prezidenti Vaaqn Xaçaturyanla görüşəcəyi bildirilib.
Qazaxıstan Prezidentinin səfərini baş çatdırdıqdan sonra ölkəsinin seldən əziyyət çəkən bölgələrinə yola düşəcəyi gözlənilir.