Beynəlxalq Məhkəmədə Azərbaycanın etirazları əsasında dinləmələr başlayır

Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr başlayır.

 

Senzor.az bildirir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” platformasında məlumat verib.

 

Azərbaycan tərəfini prosesdə xarici işlər nazirinin müavini Elnur Məmmədov təmsil edir.

 

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) aprelin 15-dən 19-dək Haaqadakı Sülh Sarayında İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (“Ermənistan Azərbaycana qarşı”) tətbiqi ilə əlaqədar Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirəcək.

 

16 sentyabr 2021-ci ildə Ermənistan sözügedən konvensiyanın pozulması iddiaları ilə Azərbaycana qarşı proses başladıb. 21 aprel 2023-cü ildə Azərbaycan məhkəmənin yurisdiksiyasına ilkin etirazlarını təqdim edib.

 

Qeyd olunub ki, şifahi arqumentlərin təqdim ediləcəyi dinləmələrin ilk raundu 15 aprel (Azərbaycan) və 16 aprel (Ermənistan) tarixlərində, ikinci raundu isə 17 aprel (Azərbaycan) və 19 aprel (Ermənistan) tarixlərində baş tutacaq.

 

BƏM-in digər press-relizində isə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (“Azərbaycan Ermənistana qarşı”) tətbiqi işi üzrə Ermənistanın ilkin etirazlarına dair dinləmələrin keçiriləcəyi qeyd olunub. Bildirilib ki, dinləmələr aprelin 22-dən 26-dək keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.