Tbilisidə etiraz aksiyası: SAXLANILANLAR VAR
VİDEO/FOTO

Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxlayıb.

 

Senzor.az-ın xəbərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN)  yaydığı məlumatda bildirilir ki, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif küt əşyalar, o cümlədən daş və butulkalar atıblar. Nəticədə DİN-in bir əməkdaşı xəsarət alıb, nazirliyin avtomobilinə ziyan dəyib. 


**21:27


Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyası bərpa olunub.

 

Senzor.az bildirir ki, müxtəlif siyasi partiyalar, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq izdihamlı aksiya keçirirlər. 

 

Aksiya iştirakçıları bir neçə dəqiqə əvvəl parlamentin qarşısındakı Rustaveli prospektini avtomobillərin hərəkəti üçün bloklayıblar. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Bu arada Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə mitinq təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib.

 

DİN etirazçılara xatırladıb ki, inzibati orqanlara girişin bağlanması qanunla qadağandır.


Son məlumata görə, Parlament binası qarşısına xüsusi təyinatlı qüvvələr yeridilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.