AVRO-2024: Açılış oyununda Almaniya Şotlandiyanı darmadağın etdi – 5:1
YENİLƏNİB, FOTO/VİDEO

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başa çatıb.

 

Senzor.az bildirir ki, Münhen şəhərində yerləşən "Alyants Arena"da oynanılan açılış görüşü almanların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Almaniya millisinin qollarını 10-cu dəqiqədə Florian Virts,19-cu dəqiqədə Camal Musiala, 45+1-ci dəqiqədə Kai Haverts, 69-cu dəqiqədə Niklas Füllkruq və 90+3-cü dəqiqədə Emra Can vurublar.

 

Şotlandiyanın yeganə qoluna isə 87-ci dəqiqədə avtoqol müəllifi olan Antonio Rüdiger imza atıb.

 

Qeyd edək ki, qrupun digər oyunu bu gün Macarıstan və İsveçrə arasında olacaq. Görüş Bakı vaxt ilə saat 17:00-da start götürəcək.

 

**23:55(14.06.2024)


Almaniyada futbol üzrə XVII Avropa çempionatına start verilib.

 

Senzor.az xatırladır ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşır.

 

Münhendəki "Allianz Arena"da başlayan görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

 

Oyunun start fiti saat 23:00-da səslənib.

 

Yeri gəlmişkən, Almaniya və Böyük Britaniyanın Azərbaycandakı səfirləri Ferqus Old və Ralf Horlemann AVRO-2024-ün açılış matçı olan Almaniya – Şotlandiya oyununu birgə izləyirlər. 

Bu barədə almaniyalı diplomat sosial şəbəkədə bildirib.

 

“Hazırıq! Həmkarım və dostum Ferqus Oldla Böyük Britaniyanın iqamətgahında Almaniya və Şotlandiya arasında AVRO-2024-ün açılış matçı canlı yayımlanır. Qoy güclü olan qalib gəlsin!”, – Horlemann qeyd edib.

 

Qeyd edək ki, artıq  Almaniya 2:0 hesabı ilə irəlidədir. Hesabı 11-ci dəqiqədə Florisan Virtz açıb. 

Camal Musiala 19-cu dəqiqədə hesabı artırır-2:0.

Almaniya millisi üçüncü qolu vurub. 45+1-ci dəqiqədə Kai Havertz penalti zərbəsini dəqiq yerinə yetirib.

 

Penaltiyə səbəb olan Rayan Porteus qırmızı vərəqə ilə cəzalandırılıb və Şotlandiya azlıqda qalıb.

 

Almaniya - Şotlandiya matçında ilk hissə 3:0 hesabı ilə yekunlaşıb.


**10:27



Bu gün Almaniyada futbol üzrə Avropa çempionatına start veriləcək.

 

Senzor.az bildirir ki, Almaniyanın 2-ci dəfə ev sahibliyi edəcəyi turnirdə ümumilikdə 51 oyun baş tutacaq.

 

24 yığmanın iştirakı ilə keçiriləcək qitə çempionatının açılış matçında Almaniya və Şotlandiya yığmaları üz-üzə gələcəklər. Münhen şəhərindəki “Alyants Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək. Qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

 

İlk dəfə 1988-ci ildə Avropa çempionatına ev sahibliyi etmiş Almaniya turniri bir dəfədən çox təşkil edən 4-cü ölkədir. Milli komandalar səviyyəsində Avropanın ən mühüm yarışı indiyədək 14 fərqli ölkədə təşkil olunub.

 

Avro-2024 Almaniyanın 10 şəhərində və stadionunda keçiriləcək. Turnirə paytaxt Berlinlə yanaşı, Köln, Münhen, Frankfurt, Hamburq, Dortmund, Leyptsiq, Gelzenkirhen, Ştutqart və Düsseldorf şəhərləri də ev sahibliyi edəcək.

 

Qitənin ən güclü 24 yığması hərəsində 4 komanda olmaqla 6 qrupda mübarizə aparacaq. Qrupları ilk iki yerdə başa vuran komandalar və üçüncü yeri tutan ən yaxşı 4 kollektiv 1/8 finala yüksələcək. Qrup oyunları iyunun 26-da başa çatacaq.

 

İyunun 29-da 1/8 final mərhələsinin görüşləri start götürəcək. 1/4 final matçları iyulun 5-6-da, yarımfinal qarşılaşmaları isə iyulun 9-10-da oynanılacaq.

 

Avro-2024-ün final qarşılaşması isə iyulun 14-də Berlin Olimpiya Stadionunda keçiriləcək.

 

Qeyd edək ki, Avropa çempionatının son qalibi İtaliya millisidir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.