Türkiyə və Rusiya liderləri BRİKS sammiti çərçivəsində bir araya gəldilər
VİDEO

Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında görüş olub.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, Putin və Ərdoğan arasında danışıqlar saat 18:00 radələrində başlayıb. Görüşün təxminən 55 dəqiqə davam etdiyi bildirilib.

 

Rusiya lideri danışıqlara başlamazdan öncə Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyə liderinə başsağlığı verib.

 

“Bizim buna münasibətimizi bilirsiniz, motivi nə olursa olsun, biz bu cür təzahürləri pisləyirik”, - Putin vurğulayıb.

 

Danışıqlar zamanı Ərdoğan Moskva ilə Ankara arasında bank problemlərinin həll olunduğunu bildirib. O vurğulayıb ki, hazırda iki ölkənin departamentləri dövlətlər arasında bank köçürmələri ilə bağlı problemləri həll edir.

 

Görüş zamanı həmçinin Putin Ərdoğana Türkiyəyə səfər edəcəyinə söz verib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.